COP29 | Baş nazir Əli Əsədov UNICEF-in icraçı direktoru ilə görüşüb

  COP29 |  Baş nazir Əli Əsədov UNICEF-in icraçı direktoru ilə görüşüb
  11 Noyabr 2024    Oxunub:481
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirildi.

Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olundu.

AzVision.az



Teqlər:





Xəbər lenti